Misli Premyer Liqasının XXVI turunun son oyununda "Neftçi" "Turan Tovuz"la bərabərə qalıb.

"Unikal" xəbər verir ki, "Neftçi Arena"da baş tutan matçda 1:1 hesablı heç-heçə qeydə alnıb.

Hesabı ev sahiblərinin heyətində 88-ci dəqiqədə Bassala Sambu açıb. 90+5-ci dəqiqədə qərb təmsilçisi məğlubiyyətdən xilas olub. Hayderson Hurtado dəqiq zərbə müəllifi olub.

Qonaqların heyətində Emmanuel Hakman 18-ci dəqiqədə qırmızı vərəqə alıb.

"Neftçi" 28 xalla turnir cədvəlinin 6-cı sırasında yer alıb. "Turan Tovuz" isə 43 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1, "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i 1:0, "Sumqayıt" isə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.