Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov