Polşa prezidenti Anjey Duda ABŞ-ni ölkədə nüvə silahı yerləşdirməyə çağırıb.
"Unikal" xəbər verir ki, onun sözlərini "The Financial Times" nəşri sitat gətirib.
"Polşa prezidenti ABŞ-ni nüvə silahını Polşa ərazisinə köçürməyə çağırıb", - KİV yazıb.
Duda nəşrə müsahibəsində ABŞ prezidenti Donald Trampın Amerika və ya Qərbi Avropada yerləşən Amerika nüvə başlıqlarını Polşa ərazisinə köçürə biləcəyini açıq-aşkar adlandırıb. O əlavə edib ki, bu məsələni Amerika liderinin Ukrayna üzrə müşaviri Keyt Kelloqla müzakirə edib.
“NATO-nun sərhədləri 1999-cu ildə şərqə doğru hərəkət edib, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir”, - Duda əlavə edib.
Gülayə Mecid