Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə 25 oyunçu dəvət edib.
Qapıçılar: Rza Cəfərov, Şahruddin Məhəmmədəliyev, Aydın Bayramov.
Müdafiəçilər: Amin Seydiyev, Mert Çelik, Bahlul Mustafazadə, Bədavi Hüseynov, Rahil Məmmədov, Zamiq Əliyev, Rəhman Daşdəmirov, Elvin Cəfərquliyev
Yarımmüdafiəçilər: Aleksey İsayev, Coşqun Diniyev, Elvin Camalov, Şahin Şahniyarov, Səbuhi Abdullazadə, İsmayıl İbrahimli, Ozan Can Kökçü, Toral Bayramov
Hücumçular: Nariman Axundzadə, Xəyal Əliyev, Renat Dadaov, Ağadadaş Salyanski, Mahir Emreli və Musa Qurbanlı.
Qeyd edək ki, yığma martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.