"Azərbaycan millisindəki işimdən razıyam".

"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

O, yığmanın qazandığı nəticələrdən razı olmadığını bildirib: "Amma bu komandaya fayda vermək üçün buraya gəlmişəm. İstəyirəm ki, uğurlu nəticələr qazanaq".

Təcrübəli çalışdırıcı Azərbaycanda AFFA nəzdində futbol məktəbinin açılması üzərində işlərin getdiyini vurğulayıb: "Azərbaycan millisinin gələcəkdə böyük rəqiblərə qarşı layiqli mübarizə aparmasını istəyiriksə, onda futbol məktəbi inşa etməliyik. Fərqi yoxdur, bu layihədə mən və ya başqa biri olsun. Əsas məqsəd ölkə futbolunu yüksək yerlərə qaldırmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də isə “Bank Respublika Arena"da Belarusla üz-üzə gələcək.