Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə qatılmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının plenar iclasında açıqlayıb.
"İstər Belarusda, istərsə də Rusiyada hər kəs hər şeyə köhnə tərzdə yanaşır. Budur Belarus və Rusiyanın birliyi, İttifaq dövləti. Bəs siz nə istəyirsiniz? Deyirlər ki, Rusiya nə vaxt Belarusun tərkibinə keçəcək və ya əksinə - Belarus Rusiyanın bir hissəsi olacaq? Bunun yaxın gələcəkdə baş verməsi ehtimalı azdır", - prezident deyib.
Lukaşenko vurğulayıb ki, hər iki ölkə müasir çağırışlara birgə cavab verməkdə və İttifaq Dövləti çərçivəsində təhlükəsizliyi gücləndirməkdə davam edəcək.
Onun sözlərinə görə, ölkələr buna hazır olsalar, vahid parlamentdə birləşə bilərlər. O, həmçinin bəyan edib ki, Belarus-Rusiya inteqrasiyası prosesini dönməz hala gətirmək vacibdir.
Belarus rəhbəri Rusiya Federasiyası ilə vahid valyutanın tətbiqinə münasibət bildirərkən deyib ki, bu məqam qaçırılıb.
Ağarza Elçinoğlu