İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti sıx oyun qrafikindən şikayətlənib.
"Unikal" xəbər verir ki, italiyalı çalışdırıcı komandasının üç gündən bir oyun keçirməsinin futbolçularda yorğunluq yaratdığını deyib:
“Bu şəraitdə futbol oynamaq çətindir. Ümid edirəm ki, gələcəkdə hər şey fərqli olacaq”, - Ançelotti bildirib.