Pakistanın Noşki (Bəlucistan) bölgəsində N-40 magistral yolunda sərhədçi avtobus karvanına hücum olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində azı 12 pakistanlı əsgər həlak olub, 26-sı isə yaralanıb. Silahlı hücumdan əvvəl partlayış törədilib. Partlayış kamikadze tərəfindən əldəqayırma qurğudan istifadə etməklə həyata keçirilib.

Hərbçilərin cavab atəşi nəticəsində iki terrorçu məhv edilib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Hücuma görə məsuliyyəti Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.