Mövsümi allergiyanın ümumi simptomlarına asqırma, göz qaşınması və burun tutulması daxildir. Bu növ allergiyanı müalicə etmək üçün bir çox dərman növləri mövcuddur. 

"Unikal" xəbər verir ki, lakin qidalanma yolu ilə allergiyanın təsirini azaltmaq da mümkündür.

Bildirək ki, allergiya, immunitet sisteminin zərərsiz bir maddəyə həddindən artıq reaksiyası olaraq təyin olunur. Heyvan tükləri və ya toz kimi ətraf mühit amilləri tənəffüs yolları və ya dəri vasitəsilə bədənə daxil olur. Bu təmasda immunitet sistemi "histamin" adlı kimyəvi maddə buraxır. Histamin, asqırma, qaşınma və burun tıkanıklığı kimi simptomlara səbəb olan allergik reaksiyalara səbəb olur.

Məlumata görə, müəyyən qidalar və bitki ekstraktları vardır ki, onlar histaminin təsirini azalda bilər.

Sitrus meyvələri, yaşıl yarpaqlı tərəvəzlər və giləmeyvə allergiya simptomlarını idarə etməyə kömək edə bilər. İmmunitet sistemini gücləndirməyə kömək etməklə yanaşı, C vitamini də allergik rinit kimi simptomların aradan qaldırılmasında mühüm rol oynayır.

2023-cü ildə edilən bir araşdırma, C vitamini əlavələrinin allergik rinitin simptomlarını yaxşılaşdırmağa kömək edə biləcəyini ortaya qoyub. 

Allergiya ilə mübarizə üçün başqa bir təbii həll probiyotiklərdir. Probiyotiklər bağırsaqda yaxşı bakteriyaların səviyyəsini dəstəkləyərək allergiya simptomlarını azalda bilər. Faydalı probiotiklərə duzlu kələm, qatıq, tempeh və kombuça kimi qidalar daxildir.

Mövsümi allergiya ilə mübarizə aparmaq üçün daha sağlam yollar axtarırsınızsa, mütəmadi olaraq probiyotiklər və C vitamini ilə zəngin qidalardan istifadə etmək faydalıdır.

Gülayə Mecid