İtaliyanın “İnter” komandası baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
48 yaşlı çalışdırıcının hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bununla belə, Milan təmsilçisi mütəxəssisi daha bir mövsüm saxlamaq istəyir.
2021-ci ildən “İnter”ə rəhbərlik edən S.İnzaqi ötən mövsüm İtaliya A Seriyasının qalibi olub.
Qeyd edək ki, hazırda “İnter” ölkə çempionatında 64 xalla turnir cədvəlinə başçılıq edir.