"Nə? Harada? Nə zaman?" intellektual oyunun keçmiş iştirakçısı, azərbaycanlı jurnalist Rövşən Əsgərov Rusiyanı tərk edərək, ailəsi ilə birlikdə Bakıya köçüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

Rusiya Federasiyasında xarici agent kimi tanınan Əsgərovun Moskvada 45 milyon rubl (915 615 AZN) dəyərində elit mənzilinin olduğu ortaya çıxıb. 

Xatırladaq ki, bu ilin yanvarında Əsgərov ekstremist və terrorçular siyahısına əlavə edilib.  

Gülayə Mecid