Futbol üzrə Belçika millisinin iki futbolçusu sıradan çıxıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın "Ayntraxt" komandasının müdafiəçisi Artur Teat və Fransanın "Lion" klubunun hücumçusu Malik Fofana UEFA Millətlər Liqasının pley-off mərhələsində Ukraynaya qarşı oyunlarda meydanda olmayacaqlar. Hər iki oyunçunun səhhətində problem aşkarlanıb.
Qeyd edək ki, komandalar arasında ilk matç martın 20-də, cavab görüşü isə 23-də keçiriləcək.