İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı Ekrem İmamoğlunun diplomunun ləğv edildiyini bildirib.

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə universitet rəsmi açıqlama yayıb.

Bildirilib ki, daha əvvəl Ali Təhsil Qurumu (YÖK) siyasətçinin vaxtilə Şimali Kiprdəki Girne Amerikan Universitetindən İstanbul Universitetinə keçidinin qanunsuz olması barədə rəy verib. İstanbul Universitetin təftiş komissiyası da məhz bu rəyə əsasən diplomun ləğvi barədə qərar qəbul edib.

Qərar, eləcə də bu qərara əsaslanan bütün məlumat və sənədlər İstanbul Prokurorluğuna və Ali Təhsil Qurumuna təcili şəkildə göndəriləcək.