“Ayın qolu” layihəsində fevral ayının qalibləri müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin üzvləri səslərini aşağıda qeyd olunan futbolçulara veriblər.

Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), 1-ci Liqada Ramil Orucuv (MOİK) və 2-ci Liqada Eşqin Tağıyev ("Qusar") birinci olub.

Qeyd: II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.