Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 May Mədəniyyət evinin qarşısındaxalqımızın milli-mənəvi dəyərlərini təcəssüm etdirən Novruz bayramı münasibəti ilə tədbir keçirildi.
"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə-müəssisə, təşkilat rəhbərləri və kollektivləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, Şəhidlərimizin ailə üzvləri, yaxınları, ağsaqqallar, ziyalılar, Vətən müharibəsi iştirakçıları, qazilər,fəal gənclər, məktəblilər, idmançılarvə ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Malik İsaqov çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri Novruz bayramı münasibətilə xalqımızı, eləcə də rayon caamatınıtəbrik etdi, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Rayon Icra Hakimiyyətinin başçısı cənab Malik İsaqov tərəfindən 28 May Mədəniyyət evinin qarşısında möhtəşəm Novruz tonqalı alovlandırıldı.
Tədbir açıq havada geniş konsert proqramı ilə davam etdirildi.