İtaliya "İnter"inin rəhbərliyi baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə hazırlayır.

"Unikal" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Xəbərə görə, Milan klubunun sahibləri 48 yaşlı mütəxəssisin işindən razıdır. İnzaqinin "İnter"lə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Məşqçiyə 2028-ci ilə qədər müddətə müqavilə təklif olunacaq.

İtalyan mütəxəssis 2021-ci ilin yayından “neradzurri”yə rəhbərlik edir. Bu müddət ərzində o, komandanı 6 kuboka, o cümlədən 2024-cü ildə İtaliya çempionluğu tituluna daşıyıb.