ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı münaqişənin həlli istiqamətində atdığı addımlara görə minnətdarlığını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində deyib.
Vitkoff əlavə edib ki, danışıqlar zamanı Vladimir Putin və Donald Tramp Ukraynadakı münaqişənin həlli məsələsində oxşar mövqelər ifadə ediblər və Rusiya lideri döyüş meydanında daha çox insan itkisini istəmədiyini açıqlayıb.
Həmçinin, Vitkoff Putin və Trampı böyük liderlər adlandırıb.
"Bu iki böyük lider bəşəriyyətin rifahı naminə bir araya gəldilər. Düzünü desəm, orada oturmaq və bu söhbəti dinləmək şərəf və imtiyaz idi".
Gülayə Mecid