"Liverpul"un və Niderland millisinin futbolçusu Rayan Qravenberç yığmadan ayrılıb.

"Unikal" xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən düşərgəni tərk edib. O, bərpa prosesi keçmək üçün Liverpul şəhərinə gedib.

Niderland seçməsi Millətlər Liqasının 1/4 finalında İspaniya ilə qarşılaşacaq. İlk oyun martın 20-də Rotterdamda, cavab matçı isə 23-də Valensiyada keçiriləcək.