Hitrou hava limanı dünən baş vermiş elektrik enerjisi kəsintisi səbəbilə bağlanmasından sonra bu gün tam fəaliyyət göstərdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, hava limanının baş direktoru Tomas Voldbay yaranmış narahatlığa görə üzr istədiyini bildirib.

Qeyd edək ki, dünən hava limanının yaxınlığındakı Hayes rayonunda yerləşən yarımstansiyada yanğın baş vermişdi. Nəticədə Hitrou hava limanı günün böyük hissəsində iflic vəziyyətinə düşmüşdü.