Cənubi Koreyanın Ulsan şəhəri və ətrafındakı meşə yanğınları ilə mübarizə aparan iki yanğınsöndürən həlak olub.

"Unikal" xəbər verir ki, bu  barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Səlahiyyətlilər, sözügedən yanğınsöndürənlərin şəxsiyyətinin hələ müəyyən edilmədiyini və ölüm səbəblərinin araşdırılacağını bildiriblər.

Qeyd olunur ki, Cənubi Koreya hökuməti Ulsan şəhərində və cənub-şərq bölgələrində meşə yanğınları ilə əlaqədar milli fəlakət elan edib.