Kanadanın yeni Baş naziri Mark Karni aprelin 28-nə növbədənkənar seçkilər təyin edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Trampın tariflərinin iqtisadiyyata yaratdığı təhlükə ilə mübarizə aparmaq üçün güclü mandata ehtiyac duyduğunu bildirib.

Jurnalistlərə danışan Karni qeyd edib ki, Kanada xüsusilə ABŞ prezidenti Donald Trampın əsassız ticarət hərəkətləri səbəbindən ən ciddi böhranla üzləşib: "Kanadanın təhlükəsizliyini qorumaq üçün daha çox iş var. Kanadaya sərmayə qoyun, Kanada qurun, Kanadanı birləşdirin. Buna görə də mən kanadalı həmkarlarımdan güclü, müsbət mandat tələb edirəm. Mən indicə Baş Qubernatordan Parlamenti buraxmağı və aprelin 28-nə seçki təyin etməyi xahiş etdim və o, razılaşdı". 

Onun bəyanatı seçkilərin keçirilməsi tələbinə razılıq alındıqdan sonra verilib.

Ağarza Elçinoğlu