Millətlər Liqasının dünən keçirilən Gürcüstan - Ermənistan matçı başa çatan kimi tribunalarda gərginlik yaşanıb.
"Unikal" xəbər verir ki, matç bitən kimi sektorlatda gürcü və erməni fanatlar arasında iğtişaş baş verib. Xəsarət alan olmayıb.
Qeyd edək ki, dünənki matçda Gürcüstan millisi 6:1 hesabı ilə qalib gəlib. Onlar səfərdəki ilk görüşdə də rəqiblərini məğlubiyyətə uğratmışdılar (3:0). Gürcüstan bu qələbə sayəsində Millətlər Liqasında B liqasında qalıb.