Masallıda yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Ərçivan-Bədəlan kənd yolunda baş verib. "Opel" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Hadisə nəticəsində sürücü xəsarətlər alıb.

Sürücü deformasiyaya uğrayan maşından çıxarılıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma gedir.