ABŞ-də naməlum şəxslər səkkiz "Chevrolet Corvette" idman avtomobilini birbaşa "General Motors" zavodundan oğurlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat dərc edib.
Maraqlısı budur ki, zavod işçiləri avtomobillərin oğurlanmasının fərqində olmayıblar. Lakin hadisədən bir gün sonra zavod səkkiz yeni idman avtomobilinin yoxa çıxdığının fərqinə varıb. Şirkətin mühafizəçisi zavoddan təxminən 14 dəqiqəlik məsafədə zavod texnologiyası stikerləri olan bir "Corvette" görüb. Digər nəqliyyat vasitələri isə mağaza dayanacaqlarında park edilmiş vəziyyətdə tapıblar. Oğruların avtomobilləri istifadə etdikdən sonra qoyub qaçdıqları ehtimal edilir.
Polis hadisə ilə bağlı araşdırma başladıb.
Gülayə Mecid