ABŞ-nin Los-Anceles şəhərindən Çinin ən böyük şəhəri Şanxaya qalxan "United Airlines 787" təyyarəsi pilotlardan birinin pasportunun yanında olmadığının fərqinə varıb və bundan sonra geri dönmək məcburiyyətində qalıb.
"Unikal" xəbər verir ki, göyərtəsində 257 sərnişin və 13 ekipaj üzvü olan təyyarə Sakit Okeanın üzərindən geri dönüb və San-Fransiskoda eniş edib.
Pilot unutduğu pasportunu yanına aldıqdan sonra hava nəqliyyatı işinə qayıdıb. Təyyarə planlaşdırılan vaxtdan təxminən 6 saat gec Şanxaya çatıb.
Pilotun bu hərəkəti sərnişinləri qəzəbləndirib.