Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski, eləcə də Böyük Britaniyanın Baş naziri Kir Starmer Yelisey sarayında danışıqlar aparıblar.
"Unikal" xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Görüş “istəklilər koalisiyası”nın görüşündən əvvəl baş tutub. Danışıqların təfərrüatları açıqlanmır.
Qeyd edək ki, Makron və Starmerin sədrlik edəcəyi görüşə 31 ölkənin nümayəndə heyətləri və liderləri qatılacaq.