Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad səviyyəsi 2025-ci ilin əvvəlində ABŞ siyasətindəki dəyişiklik səbəbindən əhəmiyyətli dərəcədə artıb.

"Unikal" xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, 2025-ci il martın ikinci yarısına olan məlumata görə, ukraynalıların 69 faizi Zelenskiyə inanır, 28 faizi ona inanmır.

Fevralın 14-dən martın 4-dək olan müddətdə respondentlərin 67 faizi prezidentə etimad göstərib, 29 faiz isə etimad göstərməyib.

Bu sorğular martın 12-dən 22-dək 1326 respondenti əhatə edib.