Okeaniyanın Tonqa sahillərində 7,1 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti öz saytında məlumat yayıb.
Məlumataa görə, zəlzələ təxminən 1700 nəfər əhalisi olan krallığın Haapai adalarında Panqai şəhərindən 90,5 kilometr cənub-şərqdə baş verib. Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə yerləşib.
Meteoroloqlar Tonqa sahillərində baş verən zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, zəlzələnin episentrindən 300 km radiusda sunami dalğaları ola bilər.