Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyun ayı üçün fyuçerslərinin qiyməti fevralın 25-dən bəri ilk dəfə bir barel üçün 75 dolları ötüb.
"Unikal" xəbər verir ki, "qara qızıl"ın qiyməti 3,11% artaraq 1 barelə görə 75,02 dollar olub.
Eyni zamanda, WTI markalı xam neftin may fyuçersləri 3,29% bahalaşaraq bir barel üçün 71,64 dollar olub.