Goranboy Rayon İcra Hakimiyyətində Aparat iclası keçirilib.
"Unikal" xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun, vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, şəhid ailələri və qazilərlə yerlərdə görüşlərin davam etdirilməsi, “Konstitusiya və suverenlik ili” ilə bağlı silsilə tədbirlərin keçirilməsi, səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq işlərinin və yeni salınmış yaşıllıq zolaqlarına aqrotexniki qulluğun davam etdirilməsi və bu istiqamətlərdə verilmiş tapşırıqların icrası vəziyyəti barədə məsələlər iclasda müzakirə olunub.