"Microsoft"un yaradıcısı, amerikalı sahibkar və ictimai xadim Bill Qeyts üç peşə istisna olmaqla, bir çox peşənin tənəzzülünü proqnozlaşdırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  milyarderin sözlərinə görə, süni intellekt gələcəkdə əmək bazarını əhəmiyyətli dərəcədə dəyişəcək.

Lakin Qeyt əminliklə bildirir ki, 3 peşədən başqa bütün peşələr zamanla tənəzzülə uğrayacaq.

Sözügedən sahələr bunlardır:

- proqramlaşdırma;
- biologiya;
- enerji.

"İT mütəxəssisləri süni intellektin adekvatlığının monitorinqinə cavabdeh olacaqlar, bioloqlar tədqiqat və elmi kəşflərin aparılmasına cavabdeh olacaqlar və enerji tam avtomatlaşdırma üçün çox mürəkkəb olaraq qalır", - milyarder izah edib. 

69 yaşlı Qeyts onu da vurğulayır ki, süni intellektin geniş tətbiqi sayəsində insanlar gələcəkdə iş həftəsini iki və ya üç günlə məhdudlaşdıraraq əhəmiyyətli dərəcədə qısalda biləcəklər.

Gülayə Mecid