Volodimir Zelenskinin ofisi Ukraynada keçiriləcək prezident seçkilərinə fəal şəkildə hazırlığa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat dərc edib.
"Zelenskinin ikinci müddətə yenidən seçilməsinə hazırlıq həqiqətən də intensivləşib",- portal mənbəyə istinadən yazır.
Ukrayna hakimiyyəti hələlik atəşkəsin mayın əvvəlinə qədər davam edəcəyinə əmin olmasa da, bu ehtimalı istisna etmir.
Qeyd olunur ki, mümkün seçkilərin tarixi, ilk növbədə, Zelenskinin ofisinin onun qələbəsinə inamı əsasında müəyyənləşəcək.