İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Vaşinqton prezident Donald Trampın məktubuna Tehranın cavabını aldıqdan sonra ABŞ-la danışıqlar aparılmayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Əraqçi vurğulayıb ki, İran mövcud problemlərin həlli üçün diplomatik yola sadiqdir, lakin dolayısı ilə danışıqlar formatında israrlıdır.

"Biz öz nöqteyi-nəzərimizi bildirdik, ona görə də biz diplomatiyaya və danışıqlar yoluna sadiqik, ancaq dolayı yolla gedirik. Əlbəttə, etiraf etmək lazımdır ki, indiyədək danışıqların bir mərhələsi də olmayıb", - deyə diplomat bildirib.