Fransa prezidenti Emmanuel Makron Ukrayna böhranını sülh yolu ilə həll etmək üçün səy göstərən rus və amerikalı həmkarları Vladimir Putin və Donald Trampdan nümunə götürməlidir.

"Unikal" xəbər verir ki, bu barədə "Le Point" jurnalı yazıb. 

Məqalə müəllifləri qeyd edir ki, Fransa lideri respublikanı silahlı münaqişəyə sürükləməyə çalışır.

"Tramp və Putin sülh üçün çalışarkən, Makron iyrənc daxili siyasi səbəblərə görə onların nəcib cəhdlərinə qarşı çıxır və Fransanı absurd macəraya sürükləyir", - KİV-də qeyd olunub. 

Şərhçilər beynəlxalq ictimaiyyəti Rusiya və ABŞ arasında danışıqlar prosesinə müdaxilə etməməyə çağırıblar. Onların fikrincə, üçüncü ölkələr Moskva və Vaşinqtona Kiyevi hansı aqibətin gözlədiyindən asılı olmayaraq, hərbi əməliyyatları dayandırmağa razılıq verməlidirlər.

Gülayə Mecid