İsrail Daxili İşlər Nazirliyi Britaniya Leyboristlər Partiyasının parlamentdəki iki deputatının ölkəyə girişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.
Məlumata görə, Deputatlar Yuan Yan və Abtisam Mohamed iki köməkçisi ilə İngiltərənin Luton şəhərindən İsrailə gediblər. Ben Qurion hava limanına gələn nümayəndə heyəti dindirilib. Nəticədə, ölkənin Əhali və Miqrasiya Departamentinin məlumatına görə, onların səfərlərinin məqsədlərinin İsrail təhlükəsizlik qüvvələrinin hərəkətlərini sənədləşdirmək və İsrailə qarşı nifrət nitqi yaymaq olduğu üzə çıxıb.
İsrail departamentlərindən heç biri nümayəndə heyətinin gəlişini rəsmən təsdiqləməyib. Bununla bağlı İsrailin daxili işlər naziri Moşe Arbel hər dörd şəxsin ölkəyə girişini qadağan etmək qərarına gəlib.
Ağarza Elçinoğlu