Çində kişi boyun masajı aldıqdan sonra insult keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Çanşa şəhərində proqramçı işləyən bir kişi uzun müddət kompüter arxasında oturduğu üçün tez-tez boyun ağrısından əziyyət çəkirmiş.
O, narahatlığını azaltmaq üçün yerli masaj salonuna müraciət edib. Lakin seans zamanı kişi başında kəskin ağrı hiss edib.
Ertəsi gün o, bədəninin sol tərəfində uyuşma və nitqi zəifliyi ilə oyanıb. Zərərçəkmiş Hunan Əyalətinin İkinci Xalq Xəstəxanasına müraciət edib, ona sağ yuxu arteriyasının disseksiyası və ikincili insult diaqnozu qoyulub.
Vaxtında xəstəxanaya yerləşdirilən və müalicə alan çinli gözlənilməz xəstəliklərdən qaçıb. İndi onun vəziyyəti stabilləşib, lakin həkimlər xəbərdarlıq ediblər ki, mütəxəssis nəzarəti olmadan boyun masajı təhlükəli ola bilər.