Xəbər verdiyimiz kimi, cari ilin yanvar ayının 14-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.

"Unikal" "The Washington Post"a istinadən xəbər verir ki, saxlanılan şəxslərin konkret kimi hədəf aldıqları məlum olub. 

Məlumata görə, Aqil Aslanov İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds qüvvələrinin zabiti tərəfindən işə götürülüb. Görüşü Məhəmməd Gölkəri adlı geniş cinayət əlaqələri olan iranlı təşkil edib. 

O, Azərbaycana qayıtdıqdan sonra bu işi reallaşdırmaq üçün Ceyhun İsmayılovu da özünə şərik edib. Onların məqsədi Azərbaycanın Aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalı öldürmək olub. Aslanova Seqalın şəkli göstərilib və ətraflı göstərişlər verilib. 

İran azərbaycanlı ravvini öldürmək üçün gürcü narkotik alverçisini işə götürüb. Media

SEPAH qətlə görə 200 min dollar ödəyəcəyini vəd edib. Məlumata görə, cinayətkara 2000 dollar avans verilib. Beləliklə, Ravvin nəzarətə götürülüb və onun hərəkətləri barədə İranın kəşfiyyat xidmətlərinə məlumat veriblər.

Lakin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tezliklə hər iki şəxsi saxlayıb.

Qeyd olunub ki, ravvin yeganə hədəf olmayıb. İranın xüsusi xidmət orqanları Azərbaycandakı yəhudi təhsil mərkəzinə (“Xabad-Or-Avner” Təhsil Mərkəzi - red.) hücum təşkil etmək niyyətində də olub.

Ağarza Elçinoğlu