Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

"Unikal" xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər aprelin 8-dən 14-dək müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər.

Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

- Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Diplomun surəti;

- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.