Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnformasiya texnologiyaları kafedrasının əməkdaşları tərəfindən nəşr olunan yeddi yeni kitabın təqdimatı keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təqdim olunan “Heyvandarlıqda Rəqəmsal Texnologiyalar”, “Müasir Proqramlaşdırma Texnologiyaları”, “Müasir İnformasiya Sistemlərinin İdarə Edilməsi”, “HTML”, “Rabitə Nəzəriyyəsi”, “İnformasiya texnologiyalarının Əsasları”, “PowerPoint 2019” və “Veb Sistemləri və Texnologiyaları” adlı vəsaitlər həm professor-müəllim heyəti, həm də tələbələrin istifadəsi üçün nəzərdə tutulub.
Təqdimatda çıxış edən Universitetin rektoru Zəfər Qurbanov təqdim olunan dərs vəsaitlərinin xüsusilə informasiya texnologiyaları sahəsində təhsil alan tələbələr üçün qiymətli mənbə olduğunu bildirərək, müəlliflərə uğurlar arzu edib.
Digər çıxış edənlər təqdim olunan kitabların mahiyyətindən həm nəzəri, həm də praktiki biliklərə daha da dərindən yiyələnmək istəyənlər üçün yaxşı vəsaitlər olduğunu diqqətə çatdırıblar.