Goranboyda kişinin sirkə turşusu içməsinin səbəbi məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə rayonun Goran qəsəbəsində yerləşən mağazalarının birinin yaxınlığında qeydə alınıb.

Belə ki, mağazaların birində mühafizəçi işləyən X.Xudiyev xeyli borcu olduğu üçün intihara cəhd edib. Məlumata görə, mağaza sahiblərindən biri Xəlil Xudiyevə 7 min manata yaxın pul verib ki, həmin pulları Bakı şəhərinə göndərsin. Xəlil Xudiyev isə pulu xərcləyib.

Xatırladaq ki, xəstəxanaya yerləşdirililən Xəlil Xudiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

***

01:05

Goranboyda  39 yaşlı kişi intihara cəhd edib.

"Unikal"ın  məlumatına görə, hadisə Yeni Veyisli kəndi ərazisində baş verib. 1986-cı il təvəllüdlü Kəlbəcər rayon sakini Xudiyev Xəlil Şükür oğlu özünə kəsici alətlərlə xətər yetirib və ardınca sirkə turşusu içərək intihara cəhd edib. Ağır durumda xəstəxanaya çatdırılan kişi dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov