Gəncədə məktəbli yol qəzasında xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında baş verib. Belə ki, 2012-ci il təvəllüdü S.Məhərrəmov yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov