Yunanıstanda ümumi tətil səbəbindən bütün aviareyslər ləğv edilib, metro daxil olmaqla bütün nəqliyyat sistemi tam dayanıb.

"Unikal" xəbər verir ki, ölkə ərazisində ictimai nəqliyyat işləmir, bərə xidməti də dayandırılıb, hava limanları müvəqqəti olaraq reyslərin göndərilməsini və qəbulunu dayandırıb.

Bundan başqa, dövlət və özəl müəssisələri də fəaliyyətini dayandırıb.

Bildirilir ki, tətil Yunanıstanda iki həmkarlar ittifaqı təşkilatının çağırışı ilə keçirilir. Tətilçilərin əsas tələblərinə maaşların artırılması, kollektiv müqavilələrin bağlanması, yüksək qiymətlər və mənzil böhranı ilə mübarizə üçün hökumətin fəaliyyəti daxildir.