Çinin şimalındakı Hebey əyalətində qocalar evində baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib. Yanğın zamanı binada 39 nəfər olub.
19 nəfər tibbi müşahidə üçün xəstəxanaya aparılıb. Qocalar evinə rəhbərlik edən şəxs polis nəzarətinə götürülüb. Faciənin səbəbləri araşdırılır.