ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşə hazırdır.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

"Əlbəttə. O, mənim dostumdur. O, xoşuma gəlir. Ona hörmət edirəm. Ancaq ölkəmizlə yaxşı rəftar etmədilər", - deyə Tramp Çin lideri ilə görüşə hazır olub-olmadığı ilə bağlı suala cavabında deyib. 

Qeyd edək ki, Donald Tramp bundan əvvəl Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəltdiyini açıqlayıb.