Ankarada Çayırhan Kömür Müəssisələri Səhmdar Cəmiyyətinin (KİAŞ) Hırkatəpə mədənində çökmə baş verib.

"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində 2-si ağır olmaqla 13 işçi xəsarət alıb.

Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb. İşçilər hadisə yerinə sövq edilən təcili yardım maşınları ilə Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilən iki işçi təcili yardımla Ankaraya göndərilib.

Sözügedən mədən Nallıhan rayonunda yerləşir. 

Gülayə Mecid