"Tərəflər nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, İsrail İrana qarşı potensial hərbi əməliyyata rəhbərlik edə bilər". 

"Unikal" xəbər verir ki, bunu Amerika lideri Oval kabinetdə jurnalistlərin Tehranın nüvə sazişi ilə razılaşmadığı təqdirdə İrana qarşı hərbi vasitələrdən istifadənin mümkünlüyü ilə bağlı sualına cavab olaraq deyib. 

Bununla Tramp, İsrailin İrana zərbə endirəcəyi ilə bağlı Tehranı açıq şəkildə hədələyib: "Bizdən heç kim məsul deyil – biz nə etmək istəyiriksə onu edirik”.

ABŞ prezidenti həmçinin bildirib ki, şənbə günü Omanda keçirilməsi planlaşdırılan sammit prosesin “başlanğıcıdır”. Onun Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff ABŞ-ni, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.

Gülayə Mecid