Aprelin 11-dən 13-dək Antalya Diplomatik Forumu (ADF 2025) keçiriləcək. Türkiyədə 100-dən çox ölkədən liderlər, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.
"Unikal" xəbər verir ki, Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos isə forumda iştirakdan imtina etdiyini açıqlayıb.
O, Avropa Komissiyasının forumda iştirakdan imtina etməsini Türkiyədə başlayan xalq təzyiqi və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə əlaqələndirib.
Onu da əlavə edək ki, forumda Suriyanın keçid prezidenti Əhməd əl-Şara da iştirak edəcək.
Ağarza Elçinoğlu