Argentinanın federal prokuroru Sebastian Basso məhkəmədən İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin həbsinə order verilməsini istəyib.O, Buenos-Ayresdə 85 nəfərin ölümü ilə nəticələnən yəhudi mərkəzinin partladılmasında iştirakda şübhəli bilinir.
"Unikal" xəbər verir ki, bu barədə yerli “Infobae” qəzeti yazır.
“Bu sorğu 1994-cü il iyulun 18-də Buenos-Ayresdə baş vermiş və 85 nəfərin ölümü və 300-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı ilə bağlı qiyabi mühakimə tələbinin bir hissəsidir”, - materialda deyilir.
Hakimin prokurorun tələbinə baxacağı və bir neçə gün ərzində İranın ali liderinin həbsinə order verib-verməməsinə qərar verəcəyi gözlənilir.
Gülayə Mecid