Rusiya və ABŞ Əbu-Dabidə iki ölkə arasında etimadı gücləndirmək siyasəti çərçivəsində məhbus mübadiləsi həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff məlumat yayıb.
Bildirilir ki, Rusiya ABŞ və Rusiya vətəndaşı Kseniya Karelinanı azad edib. 2024-cü ildə o, ABŞ-dəki Ukrayna təşkilatına 100 dollardan az pul köçürdüyünə görə vətənə xəyanətdə təqsirli bilinərək Rusiyada ciddi rejimli həbsxanada 12 il müddətinə azadlıqdan məhrum edilib. Rusiya FSB bəyan edib ki, bu vəsait Ukrayna Silahlı Qüvvələrinin əsgərləri üçün avadanlıq, sursat və digər əşyaların alınmasına sərf edilib.
Birləşmiş Ştatlar öz növbəsində 2023-cü ilin avqustunda Kiprdə Amerika hakimiyyətinin tələbi ilə Rusiya ordusu üçün silah istehsalı üçün nəzərdə tutulan mikroelektronika ixracına görə saxlanılan Almaniya və Rusiya vətəndaşı Artur Petrovu azad edib. Ümumilikdə ona 11 maddə üzrə ittiham irəli sürülüb.
Gülayə Mecid