İstanbulda Rusiya və ABŞ nümayəndə heyətlərinin ikinci görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Rusiyanın İstanbuldakı baş konsulluğunda keçirilən görüşdə nümayəndə heyətlərinin iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması məsələsi müzakirə olunub.
Rusiya nümayəndə heyətinə bu ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Rusiya və Mərkəzi Avropa üzrə məsləhətçisinin müavin Sonata Koulter rəhbərlik ediblər.
Toplantıdan əvvəl açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Brüs bu görüşdə yalnız diplomatik fəaliyyətlərin müzakirə olunacağı, gündəmdə Ukrayna da daxil olmaqla, hansısa siyasi və ya təhlükəsizlik məsələlərinin yer almayacağını deyib.
Xatırladaq ki, nümayəndə heyətləri ilk dəfə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəliblər. Tərəflər arasındakı ikinci görüş isə fevralın 27-də İstanbulda baş tutub.